5 dekabr 2011 15:27
Qızıl Topa son üç namizəd müəyyənləşdi
FIFA-nın “Qızıl Top” mükafatını almağa namizəd son üç futbolçunun kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 23 futbolçunun namizəd olduğu mükafatı qazanmağa artıq sadəcə iki “Barcelona”lı və bir “Real”lı futbolçu iddialıdı.
Bunlar “Barcelona”nın argentinalı hücumçusu Lionel Messi, yarımmüdafiəçisi Xavi, eləcə də Madrid “Real”ının portuqaliyalı forvardı Kristiano Ronaldodu. “France Football” nəşrinin ötən ildən FİFA ilə birgə təşkil etdiyi bu mükafatın finalında məhz sözügedən oyunçular arasında seçim aparılacaq.
Qeyd edək ki, bu mükafatın sahibi 2012-ci ilin yanvar ayının 9-da açıqlanacaq. Son üç namizəd arasındakı Messi artıq iki dəfə bu mükafatı qazanmağa bacarıb. Argentinalı ulduz futbolçu artıq üçüncü dəfə bu uğurunu təkrarlaya bilər.
“Qızıl Top”un sahibi jurnalistlər və FIFA-ya üzv olan 208 ölkənin milli komandalarının baş məşqçiləri ilə kapitanlarının səsverməsi nəticəsində müəyyənləşəcək.
