5 dekabr 2011 15:48

İlqar Qurbanov: İnanmıram ki, Lənkəranda bizə də daş atsınlar

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov Premyer Liqanın 15-ci turunun “Turan”la oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Tovuz səfəriniz necə keçdi?
- Siz bir bizim hansı şəraitdə oynadığımızı görərdiz! Elə meydançada futbol oynamazlar. Oyun vaxtı düz üç dəfə formamı dəyişməli oldum.
 
- Autsayder üzərindəki qələbənin çətinliklə qazanıldığını düşünürsüz?
- Biz pis oynamadıq. Layiqli olaraq da 3 xala sahib çıxdıq. Çoxlu qol epizodlarımız oldu. Nə bacarırdıqsa, göstərməyə çalışdıq.
 
- Oyundan sonra baş verənlərə münasibətiniz necədi?
- Bu barədə Bakıya qayıdarkən eşitdik. Hakimlərə bir az hörmət etmək lazımdı. “Turan”ın futbolçuları tez-tez söyürdülər, aqressiv oynayırdılar, ayağa vururdular. Bir dəfə məni də vurdular. Qan dayanmırdı. Hakimin onların əleyhinə səsləndirdiyi hər fitə kəskin reaksiya verirdilər. Onların xoşuna gəlməyən daha bir məqam güman ki, bir epizodda ofsayd qərarının verilməsi oldu. Həmin anda həqiqətən oyundankənar vəziyyət var idi. Onların forvardı bizim müdafiəçini beş metr qabaqlayırdı.
 
- Deməli, bütün bunlar ona əsas verir ki, oyundan sonra hakimi döymək lazımdı?
- Arenada çox gərgin vəziyyət var idi. Aqressivlik çox idi. Heç bilmirəm “Turan” bütün komandalara qarşı belə oynayır, yoxsa elə bizə qarşı.
 
- Növbəti turda da sizi Lənkəran səfəri gözləyir...
- Onlarla oyunumuz maraqlı olacaq. Meydança və atmosfer onlarda bir qədər fərqlidi. Baş məşqçiləri dəyişdirildi. Belə dəyişiklikdən sonra komanda adətən daha yaxşı oynamağa çalışır. Biz də öz növbəmizdə qələbə qazanmağa çalışacağıq.
 
- Qorxmursuz ki, dünən baş tutan “Xəzər Lənkəran” - “İnter” matçından sonrakı olaylar sizin də başınıza gələr?
- Orda nə baş verdiyini dəqiq deyə bilmərəm. Amma Lənkəran klubunda çıxış etdiyim üç ildə orda elə olayla rastlaşmamışdım. Orda azarkeşlər heç söyüş söyməyi də sevmirlər. Amma son dövrlər belə olayların sayı çoxalıb. Səbəbini də bilmirəm. İnanmıram ki, bizə qarşı da belə edərlər. Hər halda Lənkərana getməkdən qorxmuram. Mənə heç vaxt daş atmayıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.