5 dekabr 2011 16:00
İnter və Qarabağ futbolçularını milliyə buraxmaqdan imtina etdi
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakı şəhərində Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, toplanışa dəvət alan futbolçuların əskəri artıq düşərgədə olsa da, Berti Foqtsun sərəncamında görmək istədiyi oyunçulardan gəlməyənlər də var.
Belə ki, "İnter" və "Qarabağ" klubları oyunçularını seleksiya məqsədli toplanışa buraxmaqdan imtina edib. "İnter"dən Səlahət Ağayev , Nizami Hacıyev, Arif Daşdəmirov, Samir Zərgərov və Elnur Abdulov , "Qarabağ"dən isə Maksim Medvedev, Bəxtiyar Soltanov və Qara Qarayev Foqtsun təşkil etdiyi seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etməyəcəklər.
