5 dekabr 2011 16:33
Xəzər Lənkəran yeni baş məşqçisinin adını açıqladı
"Xəzər Lənkəran" yeni baş məşqçisinin kimliyini açıqlayıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubu gözlənilən təyinatı reallaşdırıb.
Belə ki, klub rəhbərliyin və komanda üzvlərinin iştirakı ilə keçirilən iclasda türk mütəxəssis Cüneyt Biçer komandanın yeni baş məşqçisi qismində futbolçulara təqdim edilib. Yayda komandaya gələn Biçər bu günə kimi "Xəzər Lənkəran"ın aşağı yaş qruplarına ümumi nəzarəti həyata keçirirdi.
Klubla türk məşqçi arasında bir il müddətinə müqavilə bağlandı. "Xəzər Lənkəran" rəhbərliyi baş məşqçiyə tutduğu postda müvəffəqiyyət arzulayır və ona tam olaraq etimad göstərir.
Qeyd edək ki, Mirça Rednikin istefasından dərhal sonra Biçərin baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlər yayılmışdı. O, əvvəllər Türkiyənin "Pazarspor", "Muğlaspor", "Bucaspor" və "Altay" klublarında çalışıb, bir müddət "Bakı"nın baş məşqçisi olub.
