5 dekabr 2011 16:50
Mourinyo, Qvardiola və Ferqyuson: ən yaxşı kim olacaq?
2011-ci ilin ən yaxşı məşqçisi ünvanına sahib çıxmağa son üç namizədin adı artıq məlumdu. Azerisport.az xəbər verir ki, FİFA və “France Football” nəşrinin birgə keçirdiyi müsabiqənin qalibi olmağa namizədlər bunlardı:
İspaniyanın “Real” (Madrid) klubunun portuqaliyalı çalışdırıcısı Joze Mourinyo, “Barcelona”nın çalışdırıcısı Xosep Qvardiola və İngiltərənin “Manchester United” klubunun təcrübəli baş məşqçisi Aleks Ferqyuson.

Qeyd edək ki, bu mükafatın sahibi 2012-ci ilin yanvar ayının 9-da açıqlanacaq. Qalib jurnalistlər və FIFA-ya üzv olan 208 ölkənin milli komandalarının baş məşqçiləri ilə kapitanlarının səsverməsi nəticəsində müəyyənləşəcək.