5 dekabr 2011 17:01
Oktyabr və noyabr aylarının ən yaxşı futbolçuları bəllidi
Futbol üzrə Premyer Liqasında oktyabr və noyabr ayları üçün "ən yaxşı oyunçuların" adları məlumdu. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, komandaların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən seçilmiş qaliblərin mükafatlandırılması mərasimi dekabrın 6-da UniPlazada keçiriləcək. Saat 16:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidi.
