5 dekabr 2011 17:23
Rauf Əliyev Berlində futbol məktəbində olub (FOTO)
AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Almaniya – Azərbaycan Mədəniyyət Evinin 5 illik yubileyi münasibətilə Almaniyada keçirilən tədbirdə iştirak edib. Azerisport.az xəbər verir ki, R.Əliyev Berlin şəhərində AFFA tərəfindən açılmış Azərbaycan əsilli uşaqlar üçün futbol məktəbində olub, burada yaradılan şərait və təhsilin səviyyəsi ilə maraqlanıb.
Bildirilib ki, bu məktəbdə təhsil alan uşaqlardan təşkil olunmuş komandalar müvafiq yaş qruplarından ibarət liqalarda çıxış edəcəklər.
Almaniya – Azərbaycan Mədəniyyət Evinin 5 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə qurumun rəhbəri Tofiq Qarayev tərəfindən R.Əliyevə üzərində ARDNŞ-nin, Berlindəki futbol məktəbinin və AFFA-nın loqotipi əks olunmuş futbolka, həmçinin top hədiyyə olunub.
