8 dekabr 2011 01:38
Trabzonspor ÇL-də mübarizəni dayandırdı, ingilislər şokda (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, son turun oyunları da iki günə keçirilib.
İlk oyun günündə E, F, G və H qruplarında bütün münasibətlərə aydınlıq gətirilib. E qrupunda lider “Bayer” artıq növbəti mərhələyə vəsiqə qazanmışdı. Bu üzdən də komanda "Genk"lə səfər matçına sadəcə liderliyini qorumaq üçün çıxmışdı. Amma görüşün heç-heçə bitməsi almanlara ikincilik hüququ qazandırıb. Digər vəsiqə isə “Chelsea” – “Valencia” matçının qalibinə qismət olacaqdı. İngiltərə klubu rəqibi darmadağın etməklə qrup lideri kimi növbəti mərhələyə adlayıb.
F qrupunda “Arsenal” pley-offa vəsiqəni təmin etmişdi. Bu komandanın son turda "Olympiakos"a uduzması da qrup liderliyinə təsir etməyib. Digər vəsiqənin taleyi baxımından həm “Borussia” (Dortmund) – “Olympique” (Marsel), həm də “Olympiakos” – “Arsenal” matçının böyük əhəmiyyəti vardı. Lakin Yunanıstan təmsilçisinin "Arsenal" üzərindəki qələbəsi növbəti mərhələyə çıxmağa yetərli olmayıb. Çünki Marsel klubu səfərdə "Borussia" üzərindəki möhtəşəm qələbəsi növbəti mərhələyə məhz bu komandanı çıxarıb.
G qrupunda APOEL artıq növbəti mərhələdəydi. Bu üzdən də sözügedən komandanın qrup sonuncusu “Şaxtyor”la (Donetsk) dueli heç nəyi dəyişmirdi. İkinci vəsiqəyə isə “Porto” – “Zenit” cütünün qalibi sahib çıxacaqdı. Amma elə heç-heçə də rusları sevindirib.
H qrupunda son tur formal xarakter daşıyırdı. Qrup birincisi kimi pley-offa çıxan “Barcelona” BATE-ni darmadağın edib. İkinci olan “Milan” isə səfərdə “Viktoria”nı məğlub edə bilməyib.
Qalan dörd qrupun aqibəti isə ikinci oyun günündə bilinib. A qrupunda “Bayern” artıq növbəti mərhələdəydi. “Manchester City” növbəti mərhələyə vəsiqə qazanmaq üçün Almaniya təmsilçisi ilə ev oyununda qalib gəlməliydi. Lakin bunun üçün həm də ikinci olan “Napoli”nin qələbəyə və xala həsrət “Villarreal”la səfər matçında büdrəməsi şərt idi. Düzdü, ingilislər öz növbələrində almanları məğlub ediblər. Amma italyanlar da qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni əldən verməyiblər.
B qrupunda da “Inter” pley-offa vəsiqə qazandığından Moskva CSKA-sı ilə oyuna rahat çıxmışdı. Qardaş Türkiyənin yeganə təmsilçisi “Trabzonspor” da bu qrupdan çıxmaq üçün ən azı “Inter”in uduzmamasını arzulamaqla, özü də heç-heçəyə nail olmalıydı. “Lille” Türkiyə təmsilçisini məğlub yola salacağı halda, növbəti mərhələyə məhz fransızlar yüksələcəkdilər. Türklər bu görüşdəki minimum vəzifənin öhdəsindən gəliblər. Amma italyanların evdə uduzması qardaş ölkə təmsilçisinin tarix yazmaq arzusunu gözündə qoyub.
C qrupunda “Basel” – “Manchester United” matçı daha maraqla gözlənilirdi. Bu görüşdə də böyük sensasiya baş verib. Məhz İsveçrə klubu MY üzərində sensasion qələbə ilə mərhələ adlayıb. “Benfica” isə “Otelul”u mütləq yenməliydi ki, bunu da bacarıb.
D qrupunda “Ajax” itkisiz irəliləyən “Real”ı yenə bilsə, ikinci vəsiqə məhz ona qismət olacaqdı. Əks halda səfərdə “Dinamo” ilə görüşəcək Lion “Olympique”i qələbə qazanaraq, pley-offa adlaya bilərdi. Belə də olub və ispanlarla fransızlar gülən tərəf olublar.
Çempionlar Liqası
5 dekabr
E qrupu
Chelsea (İngiltərə) – Valencia (İspaniya) - 3:0
Qollar: Droqba, 3; 76, Ramires, 22.
Genk (Belçika) - Bayer (Almaniya) - 1:1
Qollar: Vossen, 30 - E.Derdiyok, 79.
| Chelsea | 6 | 3 | 2 | 1 | 13 | 4 | 11 |
| Bayer | 6 | 3 | 1 | 2 | 8 | 8 | 10 |
| Valencia | 6 | 2 | 2 | 2 | 12 | 7 | 8 |
| Genk | 6 | 0 | 3 | 3 | 2 | 16 | 3 |
F qrupu
Borussia (Dortmund, Almaniya) – Olympique (Marsel, Fransa) - 2:3
Qollar: Blaçikovski, 23, Hummels, 32-pen - Remi, 45, Ayeu, 85, Valbuena, 87.
Olympiakos (Yunanıstan) – Arsenal (İngiltərə) - 3:1
Qollar: Cebbur, 16, Torriyos, 36, Modesto, 89 - Benayun, 57.
| Arsenal | 6 | 3 | 2 | 1 | 7 | 6 | 11 |
| O. Marsel | 6 | 3 | 1 | 2 | 7 | 4 | 10 |
| Olympiakos | 6 | 3 | 0 | 3 | 8 | 6 | 9 |
| Borussia D | 6 | 1 | 1 | 4 | 6 | 12 | 4 |
G qrupu
APOEL (Kipr) - Şaxtyor (Donetsk, Ukrayna) - 0:2
Qollar: Adriano, 62, Seleznyov, 78.
Porto (Portuqaliya) - Zenit (Rusiya) - 0:0
| APOEL | 6 | 2 | 3 | 1 | 6 | 6 | 9 |
| Zenit | 6 | 2 | 3 | 1 | 7 | 5 | 9 |
| Porto | 6 | 2 | 2 | 2 | 7 | 7 | 8 |
| Şaxtyor D | 6 | 1 | 2 | 3 | 6 | 8 | 5 |
H qrupu
Barcelona (İspaniya) - BATE (Belarus) - 4:0
Barcelona (İspaniya) - BATE (Belarus) - 4:0
Qollar: S.Roberto, 35, Montoya, 60, Pedro, 63; 88-pen.
Viktoria (Çexiya) – Milan (İtaliya) - 2:2
Qollar: Bistron, 89, Duris, 90 - Pato, 47, Robinyo, 90.
| Barcelona | 6 | 5 | 1 | 0 | 20 | 4 | 16 |
| Milan | 6 | 2 | 3 | 1 | 11 | 8 | 9 |
| Viktoria | 6 | 1 | 2 | 3 | 4 | 11 | 5 |
| BATE | 6 | 0 | 2 | 4 | 2 | 14 | 2 |
7 dekabr
A qrupu
Manchester City (İngiltərə) - Bayern (Almaniya) - 2:0 (1:0)
Qollar: Silva, 37, Y.Ture, 52.
Villarreal (İspaniya) – Napoli (İtaliya) - 0:2 (0:0)
Qollar: G.İnler, 65, Hamşik, 77.
| Bayern M | 6 | 4 | 1 | 1 | 11 | 6 | 13 |
| Napoli | 6 | 3 | 2 | 1 | 10 | 6 | 11 |
| Manchester City | 6 | 3 | 1 | 2 | 9 | 6 | 10 |
| Villarreal | 6 | 0 | 0 | 6 | 2 | 14 | 0 |
B qrupu
Inter (İtaliya) - CSKA (Moskva, Rusiya) - 1:2 (0:0)
Qollar: Kambyasso, 51 - Dumbiya, 50, Berezutski, 87.
Lille (Fransa) – Trabzonspor (Türkiyə) - 0:0 (0:0)
| Inter | 6 | 3 | 1 | 2 | 8 | 7 | 10 |
| CSKA M | 6 | 2 | 2 | 2 | 9 | 8 | 8 |
| Trabzonspor | 6 | 1 | 4 | 1 | 3 | 5 | 7 |
| Lille | 6 | 1 | 3 | 2 | 6 | 6 | 6 |
C qrupu
Basel (İsveçrə) - Manchester United (İngiltərə) - 2:1 (1:0)
Qollar: Ştreller, 9, Frey, 85 - Cons, 89.
Benfica (Portuqaliya) - Otelul (Rumıniya) - 1:0 (1:0)
Qol: Kardoso, 8.
| Benfica | 6 | 3 | 3 | 0 | 8 | 4 | 12 |
| Basel | 6 | 3 | 2 | 1 | 11 | 10 | 11 |
| Manchester United | 6 | 2 | 3 | 1 | 11 | 2 | 9 |
| Otelul | 6 | 0 | 0 | 6 | 3 | 11 | 0 |
D qrupu
Ajax (Hollandiya) - Real (İspaniya) - 0:3 (0:2)
Ajax (Hollandiya) - Real (İspaniya) - 0:3 (0:2)
Qollar: Kallexon, 14; 90+2, İquayn, 42.
Dinamo (Zaqreb, Xorvatiya) – Olympique (Lion, Fransa) - 1:7 (1:1)
Qollar: Kovaçiç, 41 - Qomis, 45; 49; 52; 70, Qonalons, 48, Lopes, 65, Briand, 76.
| Real M | 6 | 6 | 0 | 0 | 19 | 2 | 18 |
| O. Lion | 6 | 2 | 2 | 2 | 9 | 7 | 8 |
| Ajax | 6 | 2 | 2 | 2 | 6 | 6 | 8 |
| Dinamo Z | 6 | 0 | 0 | 6 | 3 | 22 | 0 |
