6 dekabr 2011 00:05

Cüneyt Biçer: XL bu heyətlə çempion ola bilər

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçer azerisport.az saytına müsahibəsində təyinatından, eləcə də qarşıdakı planlarından danışıb.
 
- Artıq “Xəzər Lənkəran”la müqavilə imzalamısız?
- Razılıq əldə olundu. Mənim onsuz da klubla müqaviləm var idi. Mən eyni zamanda həm də uşaq futboluna və əvəzedici komandaya baxırdım. Odu ki, kənar adam deyiləm. İndi isə artıq əsas komandaya rəhbərlik etməli olacam.
 
- Əsas komandayla işləmək çətin olmayacaq ki?
- Belə klubda işləmək həmişə məsuliyyətli və çətindi. Burda ancaq nəticə lazımdı. Şadam ki, belə bir klubu mənə həvalə ediblər. Mən üzərimə götürdüyüm işin vacibliyini və məsuliyyətini anlayıram. Amma hələ heç nə itirilməyib, hər şey qarşıdadı. “Xəzər Lənkəran”ın uğuru üçün gecə-gündüz işləməli olacam. Əsas odu ki, mənə bəslənilən ümidləri doğruldum.

- Sizə kim kömək edəcək?
- İkinci komandadan bir məşqçi mənə kömək etməlidi. Daha bir mütəxəssis Türkiyədən gəlməlidi. Qapıçılarla işləyən məşqçi də komandada qalacaq. Üçlükdə hər şeyi həll edə bilərik. “Xəzər Lənkəran”ın əla heyəti var. Çoxları komandasında belə heyətin olmasını arzulayar. Bu heyətlə çempion ola bilərik.

- Dörd turdu komanda qələbə qazana bilmir...
- İki həftə öncə biz lider idik. İndi isə “Neftçi”dən üç xal geri qalırıq. Çempionat yeni başlayır. Hər komandanın çətin oyunları olur. Ona görə də hələ çox şey baş verəcək. “Xəzər Lənkəran” həmişə qızıl medallara oynayır, bu mövsüm də çempion titulunu qazanmaq üçün çalışacaq.
 
- “Neftçi”dən alınan 0:5 hesablı yenilginin qisasını almaq barədə düşünürsüz?
- Azərbaycan çempionatındakı hər bir oyun bizim üçün vacibdi. Biz ancaq “Neftçi” barədə düşünə bilmərik. Əgər yalnız “Neftçi”ylə oyunlara hazırlaşsaq, mövsümü istədiyimiz kimi bitirə bilmərik. Bizə indi sadəcə növbəti tur haqda düşünmək lazımdı. “Neftçi”ylə oyuna hələ çox vaxt var.
 
- “Neftçi”ylə aydındı, bəs “Bakı”?
- “Bakı”da işləmək mənim üçün şərəf idi. Amma indi artıq yalnız “Xəzər Lənkəran”ın uğurları haqda düşünürəm. “Bakı”nı artıq unutmuşam.

- Qış transfer planlarınız artıq məlumdu?
- Yanvara hələ qalır. Hələ nə edəcəyimizi bilmirəm. Əsas odu ki, komandanı tanıyıram və buna vaxtım getməyəcək. Düşünmürəm ki, “Xəzər Lənkəran”da heyəti dəyişməyə ehtiyac var. Sadəcə, bəzi dəyişikliklər olacaq.
 
- Hazırkı komandanızı vaxtilə məhz siz Azərbaycan kubokundan və çempionluqdan etmişdiz...
- Məşqçi işi belədi. Bu gün burdasan, sabah başqa bir klubda ola bilərsən. “Bakı”nın baş məşqçisi kimi komandama qələbə qazandırmağa borclu idim. İndi isə eyni uğurları “Xəzər Lənkəran”la qazanmalıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.