5 dekabr 2011 11:26

Rail Məlikov: Simurqa dörd qolu Sergey Yurana görə vurduq

“Neftçi”nin kapitanı Rail Məlikov Premyer Liqanın 15-ci turunun “Simurq”la oyunundan (4:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Görüşün belə alınacağını gözləyirdiz?
- Məncə, qarşılaşma o qədər asan keçmədi. Düzdü, biz “Simurq”a böyük hesabla qalib gəlməyi bacardıq. Amma onlar növbəti dəfə sübut etdilər ki, yaxşı komandadılar. Həm də eyni komandayla ikinci dəfə qarşılaşanda, hər iki tərəfə daha çətin olur. Digər tərəfdən də bizim öz-haqq hesabımız var idi.
 
- Kiminlə?
- Oyundan öncə “Simurq”un baş məşqçisi Sergey Yuran xoşagəlməz sözlər işlətmişdi. Bax buna görə qələbənin dəyəri daha da artmışdı. Onun komandasını məğlub etməklə kimin kim olduğunu göstərmək istəyirdik.
 
- Deməli, “Simurq” bu oyunda sizin üçün prinsipial rəqib idi?
- Ancaq baş məşqçisi. Futbolçulara gəlincə, təmiz oyuna görə onlara təşəkkürümü bildirirəm. Sona kimi layiqli mübarizə apardılar. Amma Sergey Yurana görə biz onlara dörd qol vurduq. Ümid edirəm ki, o, artıq bundan razı qalar.
 
- Onun hansı sözü sizin belə xoşunuza gəlməmişdi?
- Oyundan öncə o, bir çox xoşagəlməz sözlər işlətmişdi. O, arada belə münasibətin yaranmasına şərait yaratmamalıdı.
 
- Komandanız da iki qol buraxdı. Öz çıxışınızı necə dəyərləndirərdiz?
- Onları 2:0 hesabıyla məğlub etməyi planlaşdırmışdıq. Amma 4:2 alındı (gülür).
 
- Flavinyo və Alessandronun yoxluğu hiss olunurdu?
- Onlar yüksək səviyyəli futbolçulardılar. Amma onların yerinə çıxan futbolçular da layiqli əvəzləyici olduqlarını sübut etdilər. Araz Abdullayevin dubla imza atmasına çox sevindim.
 
- Artıq “Neftçi” vahid liderliyi ələ aldı..
- Deməli, hər şey qaydasında gedir. Biz qarşımıza 2011-ci ilin sonuna kimi baş tutacaq bütün oyunlarımızda qələbə qazanmaq hədəfi qoymuşuq. “Simurq”u yendik. Qalır AZAL, “İnter” və “Kəpəz”.
 
- Deməli, izləyicilərinizdən aralanmaq istəyirsiz?
- Pis olmazdı. Amma rəqiblərimizdən də çox şey asılıdı. Onlar xal itirsələr, işimiz daha asanlaşar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.