6 dekabr 2011 00:02
Millimizin hücumçusu Deportivodakı çıxışından danışdı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının (U-19) hücumçusu Rizvan Umarov İspaniyanın “Deportivo Kastelyon” klubundakı çıxışından danışıb. Azerisport.az xəbər verir ki, üçüncü divizion təmsilçisində çıxış edən millimizin üzvü bunları dilə gətirib:
“Biz (Rusiyanın “Zenit” klubundan gələn Andrey Blindanı da nəzərdə tutur – red.) gənc futbolçularıq. Bu üzdən də bizə “Zenit”də, yaxud üçüncü divizion klubunda top qovmağın o qədər də ciddi fərqi yoxdu. Bizim indi istdəyimiz yeganə şey odu ki, oynayaq və “Kastelyon”da öz bacarığımızı göstərək”.

Qeyd edək ki, Umarovun işçi vizası ilə bağlı problemi həllini tapandan sonra o, artıq İspaniya çempionatında 3 oyun keçirib.