5 dekabr 2011 11:42
AZAL-ın yeni prezidenti müəyyənləşdi
AZAL futbol klubunun rəhbərliyində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in prezidenti Vaqif Qasımovun müvəqqəti postundan uzaqlaşdırılması qərarı sonradan dəyişdirilib.
Nəticədə, paytaxt klubunun yeni prezidenti Zaur Axundov təyin olunub. Qeyd edək ki, bu şəxs “Silk Way”in rəhbərliyində təmsil olunur.
Xatırladaq ki, Vaqif Qasımov bir müddət öncə Elxan Abdullayevin istefası zamanı müvəqqəti postundan kənarlaşdırılmışdı. O, yenidən işinin başına qayıdacağını iddia etsə də, göründüyü kimi, AZAL-da prezident də dəyişdirildi. Görünür komandanın yeni baş məşqçisinin kimliyinə də məhz bu rəhbərlik qərar verəcək.
