5 dekabr 2011 12:02
İsrailin yeni baş məşqçisi bəlli oldu (FOTO)
Futbol üzrə İsrail yığmasının yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Eli Qutman olacaq.
Onun baş məşqçi postuna təyinatı 2012-ci ilin yanvar ayında rəsmiləşəcək. Qutmanın qazancının 180 min dollar olacağı bildirilir. Bu mütəxəssisin indiyə qədər “Hapoel” (Təl-Əviv), “Maccabi” (Netanya), “Hapoel” (Beer-Şeva) və sair klublarda çalışdığını da vurğulayaq.
Qeyd edək ki, İsrail DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın rəqibidi. Millimiz növbəti tsikldəki ilk oyununu məhz bu komandaya qarşı, Bakıda keçirəcək.
