5 dekabr 2011 12:54
Rauf Əliyev: Foqtsla müqavilənin müddətinin artırılmasını tam dəstəkləyirəm
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddətinin uzadılmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən Berti Foqtsla müqavilənin müddətinin artırılmasını tam dəstəkləyirəm. Çünki onun kimi beynəlxalq səviyyəli bir məşqçinin təcrübəsindən və bacarığından bəhrələnməliyik. Mən həmişə onun işini və fəaliyyətini yüksək qiymətləndirmişəm”.