6 dekabr 2011 13:07
AFFA Qarabağ və İnter ilə razılaşmalı oldu
AFFA “İnter” və “Qarabağ” klublarının futbolçularını Azərbaycan millisinə buraxmaq istəməməsi ilə razılaşıb. Azerisport.az xəbər verir ki, bu üzdən də millimizin baş məşqçisi Berti Foqts sərəncamında görmək istədiyi bir sıra oyunçuların xidmətindən məhrum olub.
Nəticədə “İnter”dən Arif Daşdəmirov, Samir Zərgərov, “Qarabağ”dam isə Maksim Medvedev, Qara Qarayev və Bəxtiyar Soltanov yığmanın düşərgəsinə buraxılmayıb. “İnter” sadəcə Nizami Hacıyev, Səlahət Ağayev və Elnur Abdulovu milliyə buraxmağa razı olub.
