6 dekabr 2011 14:45
AFFA-da dava düşdü
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasından öncə dava düşüb. Azerisport.az xəbər verir ki, olayın qəhrəmanları AFFA və "Turan" rəsmiləri olub.
Belə ki, döyülən hakimlərdən birinin - yan xətt hakimi Coşqun Həsənovun atası Qürbət Həsənov "Turan"ın vitse-prezidenti Nail Nurəddinoğlunun üzərinə hücum çəkib. Həsənov klub rəsmisini hakimlərin döyülməsini təşkil etməkdə günahlandırıb. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb.
Lakin AFFA-nın təhlükəsizlik xidməti əməkdaşlarının məsələyə müdaxiləsindən sonra münaqişə yatırılıb.
