6 dekabr 2011 16:38
Parks və Flavinyo ən yaxşı oyunçu seçildi (FOTO)
"Bakı" klubunun hücumçusu Uinston Parks və "Neftçi" klubunun yarımmüdafiəçisi Flavinyo futbol üzrə Azərbaycan Premyer Liqasında müvafiq olaraq oktyabr və noyabr ayları üçün "ən yaxşı oyunçu" seçilib. Azerisport.az xəbər verir ki, klubların baş məşqçiləri və kapitanlarının, həmçinin KİV nümayəndələrinin iştirak etdiyi sorğuda qalib gələn Parks və Flavinyoya bu gün keçirilən tədbirdə Peşəkar Futbol Liqasının hədiyyələri və pul mükafatları təqdim olunub.
