6 dekabr 2011 16:49
AZAL-ın futbolçusuna diskvalifikasiya
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 15-ci turunun digər oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Rəvan” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Bakı” matçının 86-cı dəqiqəsində AZAL-ın futbolçusu Tərlan Xəlilov icazəsiz meydana daxil olduğuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
