6 dekabr 2011 16:55
İnterin futbolçusu 3 oyunluq cəzaya məruz qaldı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr zamanı Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 15-ci turunun oyunları zamanı qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.
“Xəzər Lənkəran” – “İnter” matçının 45+1-ci dəqiqəsində “İnter”in futbolçusu Fuad Bayramov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qəbələ” – “Sumqayıt Şəhər” matçının 45+1-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Vüqar Məmmədov, oyunun 48-ci dəqiqəsində isə “Sumqayıt Şəhər”in məşqçisi Mehman Yunusov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki məşqçi 1 oyunluq cəzalanıb, klubları 500 manat cərimə olunub.
