6 dekabr 2011 17:04
Rəcəb Fərəczadəyə 4 oyunluq diskvalifikasiya
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr zamanı futzal üzrə Azərbaycan çempionatının, eləcə də birinci divizionun son turunun oyunları zamanı qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.
Azərbaycan birinci divizionunun 13-cü turunun “Energetik” – “Karvan” matçının 70-ci dəqiqəsində “Karvan”ın futbolçusu Bəhruz Teymurov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – “Şuşa” matçının 84-cü dəqiqəsində “Şuşa”nın məşqçisi Toğrul Əhmədov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
Futzal üzrə Azərbaycan çempionatının “Azekolab” – “Ekol” matçının 2-ci dəqiqəsində “Azekolab”ın futbolçusu Fuad İsmayılov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
“Araz” – “Neftçi” İSM matçının 40-cı dəqiqəsində “Neftçi” İSM-in futbolçusu Rəcəb Fərəczadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün oyunluq cəzalanıb.
