6 dekabr 2011 17:12
Flavinyo: Mənə hələ yığmadan dəvət gəlməyib
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo futbol üzrə Azərbaycan millisində oynamaq perspektivindən danışıb. Azerisport.az xəbər verir ki, o, hələ millimizdən dəvət almadığını dilə gətirib:
“Hazırda mənim bütün fikirlərim “Neftçi” ilə bağlıdı. Azərbaycan yığmasına gəlincə, mən bu haqda arzumu dilə gətirmişəm. Amma hələ mənə yığmadan heç bir dəvət gəlməyib. Ona görə də bu barədə əlavə nəsə danışmaqda çətinlik çəkirəm”.