6 dekabr 2011 17:31
Tuyqun Nadirov: AFFA-nın qərarı ədalətsizdi
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərarları şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İcraiyyə Komitəsinin “Xəzər Lənkəran”ın iki ev oyununu azarkeşsiz keçirməsi barədə qərarını ədalətsiz hesab edirəm. Bu, klubun çoxsaylı azarkeşlərinə zərbədi. Bizim fanatların gücünü hamı yaxşı bilir. Hansısa bir təxribatçıya görə, bütün azarkeşləri cəzalandırmaq düzgün deyil. Əgər yadınızdadırsa, oxşar hadisə digər stadionlarda da olmuşdu. Azarkeşləri də meydandan çıxarılmışdı, dava da düşmüşdü, amma nədənsə heç bir sanksiya tətbiq olunmamışdı. Bundan əlavə bizim U-17 komandamıza da “Qəbələ”ylə oyuna görə texniki məğlubiyyət verilib. Halbuki, bu qərar da tam ədalətsizdi. Buna görə də hər iki qərarla bağlı etirazımızı bildirəcəyik, daha ədalətli qərar verilməsini tələb edəcəyik”.