6 dekabr 2011 18:15
Uinston Parks: Redniklə münasibətlərim yaxşı deyildi
“Bakı”nın hücumçusu Uinston Parks keçmiş komandası “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniklə yollarını ayırmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mənim Redniklə yaxşı münasibətlərim yox idi. Amma mən ona pislik arzulamırdım. “Xəzər Lənkəran”la da heç bir problemim yoxdu. Hazırda onlar “qara zolağ”a düşüblər. Əminəm ki, rəhbərlik tezliklə komandanı bu çətin vəziyyətdən çıxaracaq”.