6 dekabr 2011 18:35
Turanın prezidenti: Mənim 26 min manatlıq cəriməni ödəməyə imkanım yoxdu
“Turan”ın prezidenti Musa Süleymanov AFFA İcraiyyə Komitəsinin bu klub barədə çıxardığı sərt qərarlara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu sanksiyaların hamısını qəbul etmirəm. Biz belə cəzaya layiq deyilik. Nə etmişik ki? Bəli, meydançanı tərk etmişik. Amma buna nə səbəb olub? Hakim ədalətsizliyinə görə biz heç vaxt meydanı tərk etməmişik. “İnter”lə kubok matçının ikinci hissəsinə çıxmaqda məna görmürdüm. Biz təbii ki, bu qərarlara qarşı çıxacağıq. Mənim 26 min manatlıq cəriməni ödəmək imkanım yoxdu. Əgər klub pul qazanmırsa, hardan bu cəriməni ödəyə bilər ki? Kim qazanır, onları cərimə etmək lazımdı. Ümumiyyətlə, mən klub rəhbərlərindən xahiş edərdim ki, diqqətli olsunlar. Klubun Premyer Liqadan çıxmasına gəlincə, hazırda hər şeyi gözləmək olar. Sadəcə, bir şeyi unutmasınlar ki, Tovuz Azərbaycan futbolunun 40 faizidi. Bütün klublarda yetirmələrimiz var. Belə bir qərar futbolumuzun ziyanına işləyəcək. Əgər azarkeşlər hakimi döyürlərsə, bunda klub günahkar deyil”.