6 dekabr 2011 11:41
Berti Foqts milli üçün daha bir rəqib tapdı
Futbol üzrə Azərbaycan millisi “Sumqayıt Şəhər” klubu ilə yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlum olduğu kimi, Berti Foqtsun rəhbərlik etdiyi komandamız hazırda Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı keçir. Məhz bu toplanış çərçivəsində sabah – dekabrın 7-də bu yoxlama görüşü baş tutacaq.
Qarşılaşma saat 15:00-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.
