6 dekabr 2011 12:14
Neftçi də Türkiyəyə gedir
Son Azərbaycan çempionu “Neftçi”nin qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu qış fasiləsi dövründə Türkiyədə hazırlaşacaq.
Belə ki, Böyükağa Hacıyevin komandası Antalyaya getməyi planlaşdırır. Paytaxt təmsilçisi qardaş ölkəyə yanvarın 18-də yola düşəcək. Hazırlıq prosesi dövründə komanda 5 yoxlama matçı da keçirəcək.
Təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. Lakin hələlik toplanışın dəqiq tarixi və rəqiblərin kimliyi bilinmir.
