6 dekabr 2011 00:42
Yığmamızın kapitanı Bakıya qayıtdı
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, xeyli müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan, son günlərdə Türkiyədə müailicə olunan təcrübəli futbolçu artıq Bakıdadı.
29 yaşlı futbolçu İstanbulda olduğu günlərdə həkimlərin nəzarəti altında məşq edirdi. Bundan sonra isə onun komandasıyla birgə məşqlərə çıxması gözlənilir. Güman ki, qarşıdakı oyunlarda Sadıqovu meydanda görə biləcəyik.
