7 dekabr 2011 12:57
Neftçi AZAL-la oyunun hazırlığına başlandı
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL klubu ilə oyununun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq edib.
Qeyd edək ki, "Neftçi" - AZAL matçı dekabrın 11-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
