7 dekabr 2011 13:32
Rafael Əmirbəyov da bu gün vidalaşır
Uzun illər "Dinamo", ardından isə onun sələfi "Bakı"nın idman şərəfini qoruyan Rafael Əmirbəyov futbolçu karyerasını bu gün rəsmən başa vurur. Azerisport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ikiqat Azərbaycan çempionu, Azərbaycan Kubokunun ikiqat sahibi, "Bakı"nın heyətində ən çox oyun keçirən futbolçudu.
Rafael Əmirbəyov 1998-2011-ci illər ərzində (qısa fasilələrlə) 135 oyun keçirib. Böyük kapitan 2005 və 2010-cu illərdə "Bakı" ilə çempionluq zirvəsinə ucalıb, 2006 və 2009-cu illərdə Azərbaycan Kubokunu başı üzrəinə qaldırıb.
Rafael "Bakı"nın 2 çempionluq və 2 ölkə kuboku titullarının qazanılmasında müstəsna xidmətləri olan futbolçu kimi klub tarixinə düşüb.
Böyük kapitan 18 dəfə Azərbaycan milli komandasının formasını geyib. Rafael Əmirbəyovun vida oyunu bu gün klubun təlim-məşq düşərgəsinin stadionunda keçiriləcək. Saat 16:00-da başlanacaq və şou elementləri ilə zəngin tədbirdə yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır. Bu oyunda Rafael Əmirbəyovla birgə "Bakı" və Azərbaycan milli komandasının heyətində top qovan futbolçular meydana çıxacaqlar.
