7 dekabr 2011 13:55

Berti Foqts üçün yeni duet

Şimali İrlandiya Futbol Federasiyası bu ölkənin yığma komandasının baş məşqçisi postuna namizədlərin siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, siyahıda 6 mütəxəssisin adı yer alıb.

Bunlar Eto Cim Meqilton, Maykl O`Nil, İan Doui, Deyv Cons və Brendon Rocersdi. Daha bir namizəd Avraam Qrant olsa da, o, artıq irlandların təklifindən imtina edib.
 
Meqilton və O`Nil hazırda İrlandiya “Shamrock Rovers”ində birgə çalışırlar. Hansı ki, bu komanda ilə UEFA Avropa Liqasında mübarizə aparırlar. Meqilton O`Nilin yardımçısı kimi fəaliyyət göstərir. Onların Şimali İrlandiya yığmasında ayrıca, yoxsa birgə çalışacağı isə maraqla gözlənilir.

“Swansea”də baş məşqçi kimi çalışan Rocers də əsas variantlardan biri kimi qiymətləndirilir. O, bu təklifi qəbul etsə də, düşünmək üçün vaxt istəyib. Özü də maraqlıdı ki, Rocers hər iki postda çalışmaq istəyir. Belə ki, o, klubdakı işini itirməmək şərtilə, Şimali İrlandiya yığmasını da çalışdırmaqda maraqlıdı.
 
Lakin irlandların son seçiminin necə olacağı hələ də bilinmir. Gözlənilir ki, yeni baş məşqçinin kimliyi Norveçlə yoldaşlıq oyunu öncəsi açıqlanacaq. Həmin qarşılaşma 2012-ci ilin fevral ayında baş tutacaq.
 
Qeyd edək ki, son tsikldə Şimali İrlandiya yığmasını Naycet Uortinqton çalışdırırdı. Lakin AÇ-2012-nin seçmə mərhələsi başa çatan kimi, o, postundan ayrıldı.

Yığmamızın britaniyalılarla oyunlarına gəlincə, ilk görüş 2012-ci il 14 noyabrda Belfastda, cavab oyunu isə 2013-cü ilin 11 oktyabrında Bakıda baş tutacaq.
 
Komandamızın qrupunda Şimali İrlandiyadan başqa Portuqaliya, Rusiya, İsrail və Lüksemburq da yer alır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.