7 dekabr 2011 14:12
“İnanıram ki, Neftçi mövsümün sonunadək liderliyini qoruya biləcək”
"Neftçi"nin futbolçusu İqor Mitreski klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi Premyer Liqanın 16-cı turunun dekabrın 11-də keçiriləcək AZAL-la oyunu haqda fikirlərini bildirib.
"Neftçi" hazırda yüksək səviyyəli oyun göstərir. Bunun məntiqi nəticəsi kimi hazırda zirvədə qərarlaşıb. AZAL-la oyuna həmişəki qaydada hazırlaşırıq. Çalışacağıq baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirək. Biz hər rəqibə hörmətlə yanaşıırq. Lakin bu görüş adi oyunlardan biridir, qələbəyə oynayacağıq. İnanıram ki, "Neftçi" mövsümün sonunadək liderliyini qoruya biləcək" - deyə Mitreski vurğulayıb.
