7 dekabr 2011 16:47
Yığmamız Rusiyada qələbəyə sevindi
Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Joze Alesio da Silvanın komandası “Norilski Nikel” klubu ilə yoxlama oyunu keçirib.
Qarşılaşma 7:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın heyətində Vitali Borisov, Serjao və Jadder dubl edib. 1 dəfə isə Rüfət Balakişiyev fərqlənib.
