7 dekabr 2011 17:43
Ramin Musayev: Turan Premyer Liqadan çıxarılsa...
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az saytına müsahibəsində AFFA İntizam Komitəsinin çıxardığı son qərarlara münasibətini açıqlayıb.
- AFFA İcraiyyə Komitəsinin son qərarlarını necə qarşıladız?
- Digər ölkələrdə bu cəzalar daha sərt olur.
- “Turan”ın aqibəti necə olacaq?
- Klub rəhbərliyi həmişə pul olmamasından şikayətlənir. Amma evdə oyun keçirmək, qonaqları yola salmaq üçün pul lazım deyil. Onlarda isə “Qarabağ”la oyundan sonra hakimlər döyülür. Bu cəza həmin olaylara görə tələb olunan minimumdu. Klubun prezidentini başa düşdük, bəs digər işçilər hara baxırdılar: Bütün bunlar onu göstərir ki, onlarda klubun strukturu düzgün formalaşmayıb. Çoxları düşünür ki, bu hadisələr PFL-ə zərbədi. Mən isə bunu klubun və azarkeşlərinin imicinə zərbə sayıram.
- “Turan”ın prezidenti Musa Süleymanov bildirib ki, onun bu cəriməni ödəməyə pulu yoxdu. Belə olan halda nə edəcəksiz?
- İstənilən halda buna AFFA İK-da baxılacaq. Digər tərəfdən AFFA İcraiyyə Komitəsinin də bu məsələlərlə bağlı iclası olmalıdı. Hansı ki, orda “Turan”ın Premyer Liqada qalıb-qalmamasına baxılacaq.
- İstənilən halda buna AFFA İK-da baxılacaq. Digər tərəfdən AFFA İcraiyyə Komitəsinin də bu məsələlərlə bağlı iclası olmalıdı. Hansı ki, orda “Turan”ın Premyer Liqada qalıb-qalmamasına baxılacaq.
- AFFA İcraiyyə Komitəsi nə vaxt toplaşmalıdı?
- Dekabrın sonunda iclas olmalıdı. Əgər klub çempionatdan uzaqlaşdırılsa, onların pulu da lazım olmayacaq.
- Dekabrın sonunda iclas olmalıdı. Əgər klub çempionatdan uzaqlaşdırılsa, onların pulu da lazım olmayacaq.
- “Xəzər Lənkəran” rəhbərliyi də onlar barədə çıxarılan qərarlardan narazıdı...
- Mən Lənkəranda tez-tez oluram və bu komandanın oyunlarını stadiondan izləyirəm. Lənkəranlıların öz klublarına necə azarkeşlik etdiklərini yaxşı bilirəm. Azərbaycan yığması da orda bir oyun keçirib. Digərinin baş tutmasına isə qazonun pis vəziyyətdə olması problem yaratdı. Region üçün bu, böyük zərbədi. Amma qanun hamı üçündü.
- Lənkəran klubu 13-cü turun “Qəbələ” – “Neftçi” matçından sonra baş verənlərə görə belə sərt qərarların çıxarılmadığını əsas gətirirlər...
- İK-nın son iclasında AFFA-nın baş katibi Elxan Məmmədovla mən də iştirak edirdim. Biz də onlara bu sualı verdik. Bildirdilər ki, oxşar hadisələr dəfələrlə təkrarlandığına görə belə qərar qəbul olundu. Hər halda bu mənada XL elə də çox şey itirmir.
- Bəs biletdən gələn qazanc?
- Belə klub üçün elə də böyük itki deyil.
- PFL təhükəsizlik tədbirlərini gücləndirməyi düşünür?
- PFL-in təhlükəsizlik xidməti 10 nəfərdən ibarətdi. 15-ci turun oyunları isə hamısı eyni gündə baş tutdu. Biz bütün oyunlara çatdıra bilməzdik. Heç kimin ağlına da gəlməzdi ki, Tovuzda elə hadisə baş verər. Eyni zamanda təhlükəsizlik xidmətinin işçisi baş məşqçinin başına çətin tuta bilməz ki, daşdan, yad əşyadan qorusun. Biz də müəyyən işlər görməyə çalışırıq. Amma hər şey bizim əlimizdə deyil.