7 dekabr 2011 18:24

“Xəzər Lənkəranı məğlub etdiksə, Qəbələyə də qalib gələrik”

“İnter"in yarımmdafiəçisi Samir Zərgərov müsahibəsində “Xəzər Lənkəran”la keçirilən oyun barədə danışıb və “Qəbələ” ilə baş tutacaq matç haqqında fikirlərini bölüşüb.
 
- “Xəzər Lənkəran”la səfər oyunları həmişə ağır sınaqdı...
- Bəli, bu fikirlə tam razıyam. Fikrimcə, “Xəzər Lənkəran”la səfər oyunu mövsümün ən çətin qonaq qarşılaşmasıdı. Bazar günü də belə oldu. Bizə çox çətin idi.

- Bununla belə, komandaya qələbə qazanmaq müyəssər oldu...
- Bəli, ən əsası da budu. Biz oyun boyu müdafiədə diqqətlə oynadıq və uğurlu əks-hücumlar təşkil etdik. Göstərdiyimiz fədakarlığa görə oyunun sonunda vurulmuş qolun timsalında mükafat qazandıq. Ev sahibləri belə dönüşü gözləmirdilər və artıq oyunu xilas etmək onlara müyəssər olmadı.
 
- Görünürdü ki, “İnter” lənkəranlıların oyun tərzini müfəssəl öyrənmişdi...
- Biz bilirdik ki, Lənkəran klubu aqressiv davranacaq, axı 3 uğursuz oyundan sonra onlara qələbə lazım idi. Bundan əlavə, onlar evdə oynayırdılar və tribunalar onları yalnız irəliyə səsləyirdi. Baş məşqçi belə komandaya qarşı necə oynamağı başa salmışdı və bizə müvafiq göstərişlərini vermişdi. Biz inanırdıq ki, uğurlu nəticə əldə edə bilərik və bu inam bizə çox kömək etdi.

- Ancaq oyunun sonunda tribanadan atılmış daşın Kaxaber Tsxadadzenin başına dəyməsi qələbə övqatını bir qədər təlx etdi...
- Bu, çox pis hərəkət idi. Hesab edirəm ki, daş atmış şəxsi komandasının və ümumiyyətlə, futbolun azarkeşi saymaq olmaz. Bununla həmin şəxs nə əldə etdi? Bildiyimə görə, “Xəzər Lənkəran” qarşıdakı iki ev oyununu tamaşaçısız keçirəcək və bütün bunlar bir adama görə baş verəcək. O, hamının əhval-ruhiyyəsini korladı və lənkəranlıları futbolsuz qoydu.
 
- Belə matçları “6 xal uğrunda mübarizə” də adlandırmaq olar. Axı, komanda 3 xal toplamaqla yanaşı, həm də rəqib komandanı xalsız qoyur ki, bu da turnir cədvəlində böyük rol oynayır...
- Bəli, yaxşı ki, bu xalları biz topladıq. Qələbə bizə ikinci yerə çıxmağımıza kömək etdi, lakin biz nail olduqlarımızla kifayətlənməyə hazırlaşmırıq və turnir cədvəlində 1-ci yerə yüksəlməyə çalışacağıq.
 
- Qarşıda “İnter”i daha bir çətin səfər oyunu gözləyir. Bu dəfə komandamzın rəqibi “Qəbələ” olacaq. Bu matç barədə nə deyə bilərsən?
- Bu qarşılaşma çox çətin olacaq. “Qəbələ” evdə kifayət qədər inamlı oynayır və qələbə qazanmaq üçün 100 faiz gücümüzü ortaya qoymalı olacağıq.
 
- Bu oyunla bağlı proqnozun nədi?
- Bilirsiniz, əvvəlcədən nəyisə proqnozlaşdırmağı sevmirəm. Ancaq onu deyə bilərəm ki, əgər səfərdə “Xəzər Lənkəran”ı məğlub etdiksə, o zaman “Qəbələ”yə də qalib gələ bilərik. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.