7 dekabr 2011 11:23
Robertas Poşkus: Əl ilə vurduğum qol sayılsaydı, pis olmazdı
“Simurq”un hücumçusu Robertas Poşkus Premyer Liqanın 15-ci turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Artıq 3 turdan sonra Azərbaycan çempionatı qış fasiləsinə çıxacaq. “Simurq” qalan turlardakı “Turan”, AZAL və “İnter”lə oyunda nə qədər xala ümid edir?
- Tovuz klubu ilə oyunda 3 xal götürməyə borcluyuq. AZAL-ı da məğlub edəcəyimizə 100 faiz əminəm. Rəqibimiz son oyunlarda artırsa da, hesab edirəm ki, biz onlardan güclüyük. “İnter”i d öz meydanımızda yenə bilərik. Bəli, biz heç vaxt bu komandanı məğlub etməmişik. Amma tarixi dəyişmək vaxtıdı.
- Yaxınlarda belə informasiya yayıldı ki, qışda “İnter”ə qayıdacaqsız. Bu, mümkündü?
- Hələ heç nə deyə bilmərəm. Heç bir təklif olmayıb. Bu haqda heç düşünmürəm də. Qoy hələ çempionatın birinci hissəsi başa çatsın. Evə gedib, istirahət etmək istəyirəm.
- “Neftçi” ilə oyunlarda sizdə nəsə heç nə alınmadı...
- O səviyyədə deyilik. Onların səviyyə fərqi bizdən yüksəkdi. Deməzdim ki, bütün parametrlərdə onlardan geri qalırıq. Hesabı bərabərləşdirdik, növbəti qolları vura bilərdik. Amma ikinci, üçüncü qolu buraxdıqdan sonra matçı əldən verdik. Bu oyunda müdafiə xəttimiz yox səviyyəsində idi. Biz hələ o səviyyədə deyilik ki, bir həftədə belə yüksək səviyyəli komandalarla 3 dəfə mübarizə apara bilək.
- Oyundan sonra baş məşqçiniz məğlubiyyətdə qapıçı Adnan Hodziçi günahlandırdı...
- Baş məşqçimizi dəstəkləyirəm. Bu, “Simurq”da ən zəif xətdi. Qapıçıya görə çox xal itirmişik. Bizim qapıçı elə yerlərdə səhv edir ki, top artıq əlində olur və inanmırsan ki, ondan sonra qol ola bilər. Belə səhvlərdən sonra komandaya da nəsə etmək çətin olur.
- “Neftçi”nin kapitanı Rail Məlikov bildirib ki, onları Sergey Yuranın açıqlamaları belə oynamağa həvəsləndirib...
- Ola bilər. İstənilən halda bu iki klubun imkanları çox fərqlənir. Büdcələri müqayisə etməyə dəyməz. Yurana gəlincə, o, yaxşı məşqçidi. Komanda üçün maksimum çalışır.
- Siz, üçüncü dəqiqədə fərqlənərkən, əllə qol vurmuşduz?
- Bəli. Amma bunu qəsdən etməmişdim. Hər şey ani baş verdi. Hər halda üçüncü dəqiqədə belə bir riskə getməyi heç bir futbolçu istəməz. Üçüncü dəqiqədə xəbərdarlıq alıb, sonradan meydandan qovulmaq təhlükəsiylə oynamaq çətindi.
- Hakim sizin bu qolu qeydə alsaydı, necə olacaqdı?
- Əgər hakim qolu qeydə alacağı halda, ona yaxınlaşıb əllə oynadığımı demək istəyirsizsə, bunu etməzdim. Heç bir futbolçu bunu etməz. Hətta Maradona da əllə qol vurub. Əgər hakim həmin anı görməsəydi, Allaha təşəkkürümü bildirib, komanda yoldaşlarımla sevincimi bölüşərdim (gülür).
- Əgər hakim qolu qeydə alacağı halda, ona yaxınlaşıb əllə oynadığımı demək istəyirsizsə, bunu etməzdim. Heç bir futbolçu bunu etməz. Hətta Maradona da əllə qol vurub. Əgər hakim həmin anı görməsəydi, Allaha təşəkkürümü bildirib, komanda yoldaşlarımla sevincimi bölüşərdim (gülür).
