7 dekabr 2011 11:47
Yığmamızın rəqibi Polşa ilə qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Portuqaliya millisi yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası Polşa Futbol İttifaqı ilə razılığa gəlib.
Portuqaliya və Polşa yığmaları arasındakı sınaq matçının 2012-ci ilin fevral ayının 29-da keçirilməsi planlaşdırılır. Qarşılaşma Varşavadakı milli stadionda keçiriləcək. Hansı ki, sözügedən idman qurğusu yenicə inşa olunub və bu, orada keçiriləcək ilk oyun olacaq.
