7 dekabr 2011 12:06
Qarabağ Lənkərana sabah yollanacaq
“Qarabağ” sabah Lənkərana yola düşür. Azerisport.az xəbər verir ki, bazar günü baş tutan “Turan” matçıyla 11 günlük səfərə son qoyan komanda Bakıya qayıdıb.
1 günlük istirahətin ardından məşqlərə start verilib. Günə 1 çalışma yerinə yetirən komanda “Xəzər Lənkəran”la oyunun hazırlıqlarını davam etdirir. Komanda sabah səhər məşq etdikdən sonra Lənkərana yollanacaq.
“Qarabağ”da vacib oyunöncəsi itki yoxdu. Bərpa prosesi keçən Rəşad Sadıqov da artıq Türkiyədən geri dönüb. Sadıqov hələlik fərdi məşqlərlə kifayətlənir. 29 yaşlı müdafiəçinin oyuna çıxıb-çıxmayacağı bəlli deyil.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu dekabrın 10-da baş tutacaq.
