7 dekabr 2011 12:29
Mirça Rednik üçün ikinci seriya sonuncu oldu
“Xəzər Lənkəran”ın yollarını ayırdığı sabiq baş məşqçisi Mirça Rednik bu postda 56 oyun keçirib. Azerisport.az xəbər verir ki, bu komandanı 47 çempionat, 2 avrokubok və 7 kubok matçına çıxaran çalışdırıcı aldığı 9-cu məğlubiyyətdən sonra postunu tərk etdi.
Premyer Liqada 7 məğlubiyyət görən Rednik “Xəzər Lənkəran”ı ölkə kubokunun son qalibi kimi tərk edib. Ötən mövsümün gümüş mükafatçısı və kubokun qalibi olmuş mütəxəssis komandanın son 4 çempionat matçında qələbə qazanmaması üzündən postunu tərk edib.
Bu, Rednikin komandaya rəhbərliyi dövründə 2-ci belə uğursuz seriyadı. Belə ki, 2010-cü ilin yayından komandaya rəhbərlik edən çalışdırıcı bu ilin əvvəlində daha uğursuz seriyaya imza atmışdı. 2010/11 mövsümünün altlığının ilk 5 oyununda qələbə qazanılmamışdı.
Bu 2 seriyadan başqa “Xəzər Lənkəran” tarixində ən azı 4 oyun sürən daha 4 qələbəsiz seriya da var.
Mirça Rednikin “Xəzər Lənkəran” karyerası
56 28 19 9 73-45 103
