8 dekabr 2011 13:26

Əfran İsmayılov: XL-la oyunlarımız həmişə gərgin keçir

“Qarabağ” dekabrın 10-da “Xəzər Lənkəran”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, artıq Ağdam klubu bu gün Lənkərana yollanır.
 
“Qarabağ”ın son oyunlarda ayağı “açılan” oyunçusu Əfran İsmayılov “Xəzər Lənkəran”la qarşıdakı görüşü və çempionatı dəyərləndirib: “Bilirik ki, “Xəzər Lənkəran”la oyun ağır olacaq. Hər zaman bizim onlarla oyunumuz gərgin keçir. Çalışacağıq ki, öz oyunumuzu göstərək. Rəqibdə baş məşqçinin dəyişməsi belə baxanda bizim əleyhimizədi. İndi bütün futbolçular özlərini çalışdırıcılarına göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar. Üstəlik, Cüneyt Biçər “Bakı”nın başındaykən bizə Quzanlıda ilk məğlubiyyətimizi yaşatmışdı. Bu amilləri nəzərə alsaq, oyununu çətin olacağını söyləmək olar”.

Əfran oyunun azarkeşsiz keçirilməsinə də münasibət bildirib: “Şəxsən mənim üçün dolu tribunalar qarşısında oynamaq daha asandı. Məndən olsa azarkeşlərin önündə oynamaq istərdim. Azarkeş olanda onların təzyiqi və ya dəstəyi ilə oyun daha sürətli keçir, həm də motivasiyan yüksək olur. Amma qismətdə yəqin bu da varmış. Bizi hazırda “Xəzər Lənkəran”dan 4 xal ayırır. Qələbə qazanacağımız təqdirdə xal fərqinin azalması bizə heç də təzyiq yaratmır. Çünki, belə oyunlarımız çox olub və yenə də olacaq. Biz sadəcə öz oyunumuzu göstərməliyik. Deməzdim ki, qol vurmaqla hər şey düzəlir. Mənim keçirdiyim zədə futbolda ən ağır zədələrdən sayılır. Əsas odu ki, onun fəsadlarından qurtardım. Mən heç vaxt özüm üçün oynamağa çalışmamışam. Düzdü, topla oynamağı sevirəm. Amma həmişə komandam üçün faydalı olanı etməyə çalışmışam”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.