8 dekabr 2011 13:33

Bernard Raab: Bu mövzuda Foqtsla söhbətim olmadı

“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab ötən gün baş tutan Azərbaycan yığmasıyla yoxlama matçından (2:1) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Azərbaycan yığmasıyla oyunu necə dəyərləndirərdiz?
- Bu, yoxlama oyunu idi. Buna görə də az şans qazanan futbolçulara oynamaq imkanı yaratdıq. Əvəzedici heyətin də futbolçularını sınadıq. Optimal heyətlə oynamasaq da, çıxışımızdan və nəticədən razı qaldım. Əlbəttə, ilk yarıda ikinciyə nisbətən daha yaxşı idik. Halbuki, ikinci yarıda daha bir qol vura bilərdik. Sonrakı qol epizodlarını da dəyərləndirsəydik, pis olmazdı.

- Oyunun sonlarında yan xətt hakiminə kəskin narazılığınızı bildirirdiz. Deyəsən, Berti Foqtsun komandasına qalib gəlmək istəyi çox güclü idi...
- Təkcə Berti Foqtsun komandasına qarşı deməzdim. Biz oynadığımız hər rəqiblə dueldən qələbə ilə ayrılmaq istəyirik. Matçın sonunda beş dəqiqə artıq oynadıq. Bu, nəyə lazım idi ki? Həm də hava çox soyuq idi (gülür).
 
- Komandanız meydanda çox kobud oyunu ilə diqqət çəkirdi. Bu, xüsusi tapşırıq idi?
- Mən futbolçularımdan həmişə meydanda var gücləri ilə oynamağı, aqressiv olmağı tələb edirəm. Bu, sınaq matçı idi. Ona görə futbolçularımdan bunu özüm tələb etmişdim.
 
- Foqtsa öz yetirmələrinizdən hansınısa təklif etmək arzunuz yox idi?
- Bununla bağlı Foqtsla söhbətim olmadı. O, artıq 2-3 futbolçumuza dəvət göndərib. Lazım gəldikcə, gələcəkdə də dəvət göndərər.

- 3 turdan sonra Premyer Liqada fasilə yaranacaq. Son pillədən çıxmağınız nə dərəcədə realdı?
- Dekabrın 20-də son matçımıza çıxacağıq. Ümid edirəm ki, həmin oyundan sonra komandamı axırıncı pillədə görməyəcəm.
 
- Qarşıdakı turun “Kəpəz”lə oyununu necə dəyərləndirərdiz?
- “Kəpəz”, “Rəvan”, “Turan” və “Sumqayıt Şəhər” eyni səviyyəli komandalardı. Belə kollektivlərlə oynamaq çox çətindi. Biz son turda “Qəbələ”yə qalib gəlməyə yaxın idik. Ümid edirəm ki, həmin oyunda bacarmadığımızı “Kəpəz”lə görüşdə həyata keçirə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.