8 dekabr 2011 14:04
Starkov Latviya yığmasında qala bilər
“Bakı” rəhbərliyi baş məşqçi Aleksandr Starkovun eyni zamanda Latviya yığmasını da çalışdırmağa davam etməsinə razıdı. Azerisport.az saytına müsahibəsində paytaxt klubunun baş meneceri Zeynal Məmmədov sözügedən məsələ ilə bağlı bunları dilə gətirib:
“Bu məsələ hələ müzakirə olunacaq. Hələ bu barədə danışığımız olmayıb. Sadəcə, hesab edirəm ki, “Bakı” Starkovun hər iki postda qalmaq istəyinə etiraz etməyəcək. Biz bunun “Bakı” üçün hansısa problem yaradacağını düşünmürük. Buna görə də Starkovun yığmada qalması mümkündü. Hər şey onlar arasında müqavilənin yenilənməsindən asılıdı”.