8 dekabr 2011 14:23
Qəbələ üçün uğursuz seriyaya son qoymaq şansı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda “İnter”i qəbul edəcək “Qəbələ” tarixində 16-cı dəfə bu rəqiblə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, indiyədək bu komandalar 13 dəfə ölkə çempionatı, 2 dəfə kubokda üz-üzə gəliblər.
Bu komandalar arasında Qəbələdə keçirilmiş 6 çempionat matçında 1 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar qalib gəlibsə, top fərqində “Qəbələ” hələ ki, 3:5 hesabı ilə geridədi.
Ümumilikdə isə Premyer Liqada “İnter” 7, “Qəbələ” isə 1 qələbəyə sevinib. Daha 5 dəfə sülhlə ayrılan rəqiblərin görüşlərindəki top fərqində 20:8 hesabı ilə bakılılar öndədi.
Tarixdə 1 dəfə təsadüf olunan kubok duelində tərəflərin hərəsi öz meydanında qalib gəlib. Lakin “İnter” öz meydanında 5 cavabsız qolla qalib gələrək yarımfinalın taleyini öz xeyrinə həll edib. Qəbələdəki 2:0 hesablı qələbə isə əyalət təmsilçisini işinə yaramayıb. “Qəbələ”nin “İnter” üzərində hələlik son qələbəsi 2008/2009-cu ilin may ayına – ölkə kubokunun 1/2 final oyununa təsadüf edir. ("Qəbələ"nin rəsmi saytı)
