8 dekabr 2011 14:30
Mirça Rednik Xəzər Lənkərandan 300 000 avro tələb edir
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik klubla yollarını heç də xoşluqla ayırmayıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis cənub təmsilçisindən təzminat tələb etməyə hazırlaşır.
Rumıniya mətbuatının yaydığı məlumata görə, Rednik sabiq klubundan 300 min avro tələb edir. Bu isə onu göstərir ki, rəsmi açıqlamalarda deyildiyi kimi, Redniklə XL heç də qarşılıqlı razılıq əsasında ayrılmayıb.
Xatırladaq ki, Rednik Premyer Liqanın 15-ci turunun “İnter”lə oyunundan sonra baş məşqçi postundan istefa verdiyini açıqlamışdı.
