8 dekabr 2011 02:34
Saşa Yunisoğlu: Hər şeyin son tura qalmasını istəmirik
“Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu komandasının ilk altılığa düşmək şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, bu vəzifənin öhdəsindən daha tez gəlmək istəyirlər:
“Ötən mövsümdə də bizim ilk altılığa düşmək üçün yaxşı şansımız var idi. Lakin sonda ora düşə bilmədik. Bunu hamımız yaxşı xatırlayırıq. Ona görə də, bu dəfə eyni aqibətin təkrarlanmasını istəmirik. Hər şeyi son tura saxlamaq istəməzdik”.