8 dekabr 2011 02:40
Bakıda yeni məşqçi
Ötən gün təşkil olunan təntənəli vida oyunu ilə böyük futboldan gedən Rafael Əmirbəyov "Bakı"dan ayrılmayacaq. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Əmirbəyov bundan sonra paytaxt klubuna fərqli formada xidmət göstərəcək. Artıq o, komandada məşqçi kimi fəaliyyətə başlayıb.
Sabiq müdafiəçi qarşıdakı illərdə gənc və uşaqlara futbolun sirlərini öyrədəcək, yeni futbolçu nəslinin yetişdirilməsində biləvasitə iştirak edəcək, bilik və bacarığını onlarla bölüşəcək.
