8 dekabr 2011 14:50
“Fatih Kavlak mənə Toni Adamsdan daha çox şans verir”
“Qəbələ”nin müdafiəçisi Nodar Məmmədov hazırkı baş məşqçi Fatih Kavlak ilə sabiq çalışdırıcıları Toni Adamsı müqayisə edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim Toni Adamsla heç bir problemim yox idi. Ötən mövsüm 27 oyunda iştirak etmişdim. Düşünürdüm ki, bu mövsümdə də elə olar. Amma o, nədənsə bu il məni ehtiyatda saxlamağa qərar vermişdi. Kavlak isə mənə daha çox şans verməyə başlayıb. Mən də onun ümidlərini doğrultmağa çalışıram”.