8 dekabr 2011 16:12
“Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq”
Futbol üzrə Azərbaycan birinci divizionunun 13-cü turunda doğma azarkeşləri önündə “Şuşa” ilə heç-heçə edən “Şəmkir” 18 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Azerisport.az xəbər verir ki, “Şəmkir” klubunun baş məşqçisi Anar Kələntərov son dəqiqələrdə buraxılan qolun səbəbinin arxayınçılıq olduğunu bildirib:
“Həmin oyunda hesabı səksəninci dəqiqədə biz açdıq. Bundan sonra futbolçularımda müəyyən qədər arxayınçılıq yarandı. Bunun da nəticəsində oyunun son dəqiqəsində qapımızdan qol buraxdıq. Ümumilikdə, komandamın oyunundan razıyam. Oyunçularım əzmkarlıq nümayiş etdirirlər. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Növbəti turda səfərdə “Şahdağ”la oyunumuz var. Həmin oyunda da qələbə qazanmağa çalışacağıq. Bu oyunda əsas heyət oyunçularından Ramil Sadiqov cəzalı olduğundan meydana çıxa bilməyəcək”.
