8 dekabr 2011 16:27
“Ümid edirəm yenidən millinin heyətinə çağırılaram”
“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun dekabrın 5-dən etibarən Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışında olan Azərbaycan millisi ilə yoxlama oyunu keçirməsi barəsində xəbər vermişdik. Azerisport.az xəbər verir ki, 2:1 hesabı ilə qələbə qazandıqları qarşılaşmada ilk dəfə meydana kapitan sarğısı ilə çıxan Timur İsrafilov açıqlama verib:
“Sumqayıt Şəhər”də ilk dəfə meydana kapitan sarğısı ilə çıxdım. Çox gözəl hisslər keçirdiyimi deyə bilərəm. Bu oyun bizim üçün bir test matçı idi. Buna baxmayaraq, uşaqlar meydanda əsl əzmkarlıq nümayiş etdirdi. Qələbə qazandığımız üçün çox şadam. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərib yenidən milli komandanın heyətinə çağırılaram. Qış fasiləsinə qədər Premyer Liqada daha üç oyunumuz var. Bu görüşlərdə xal ehtiyatımızı artırıb son pillədən qurtulmağa çalışacağıq”.
