8 dekabr 2011 16:54

Arif Əsədovu işsiz qoyan məşqçi qovuldu

UEFA Çempionlar Liqasında Fransanın “Olympique” (Lion) klubuna dünənki biabırçı məğlubiyyəti (1:7) Xorvatiya “Dinamo”sunun (Zaqreb) baş məşqçisi Krunoslav Yurçiçə baha başa gəlib. Azerisport.az xəbər verir ki, matçdan dərhal sonra o, rəhbərlik tərəfindən istefaya göndərilib.
 
Qeyd edək ki, "Dinamo" turnirin antirekordunu müəyyənləşdirib. Qrupda altı oyunun hamısında uduzan Xorvatiya təmsilçisi rəqib qapısına 3 qol vurub, öz qapısından 22 top buraxıb. Özü də Fransa təmsilçisiylə oyun böyük səs-küyə səbəb olub. Məsələ burasındadı ki, Hollandiya mətbuatı “Dinamo”nun bu rəqibinə bilərəkdən 1:7 hesabıyla məğlub olduğunu iddia edir. Bundan əlavə Zaqreb klubunun müdafiəçisi Domaqoy Vidanın matçdan əvvəl bu oyuna pul qoyuluşu etdiyi bildirilir. Görüşə gəlincə, ilk hissəsi 1:1 hesabıyla başa çatan oyunun ikinci 45 dəqiqəsində fransızlar altı qol vuraraq 7:1 hesablı qələbə qazanıblar. Bununla da onlar vurulan və buraxılan topların daha yaxşı fərqinə görə səkkiz xalı olan Hollandiyanın “Ajax” klubunu qabaqlayaraq Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.
 
Xatırladaq ki, "Dinamo" ÇL-in təsnifat mərhələsində Azərbaycan çempionu «Neftçi»ni mübarizədən kənarda qoymuşdu. Məhz bu uğursuzluqdan sonra Arif Əsədov postundan uzaqlaşdırılmışdı.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.