8 dekabr 2011 12:38

“Heç-heçə bizim üçün yaxşı nəticə sayılmayacaq”

“Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində Toni Adamsın istefasından, onu əvəzləyən Fatih Kavlakdan, eləcə də qarşıdakı turun “İnter”lə oyunundan danışıb.
 
- Yeni baş məşqçinin rəhbərliyi altında işləriniz necə gedir?
- Onun yeni olması hər halda formal xarakter daşıyır. Çünki Fatih Kavlak artıq ikinci mövsümdü komandamızda çalışır. Güclü mütəxəssisdi. Təcrübəsi də var. Onu komandamızda ən azı mövsümün sonuna kimi görmək istərdim. Biz isə bu işdə ona kömək etməyə borcluyuq. Mütəxəssis kimi o, Toni Adamsa heç nədə uduzmur. Onun yeganə çatışmazlığı baş məşqçi kimi təcrübəsinin az olmasıdı.
 
- Onun iş üslubu Adamsın stilindən fərqlənir?
- O qədər də güclü fərqlərin olduğunu deməzdim. Təbii ki, müəyyən fərqlər var. Axı hər məşqçinin öz iş üslubu olur. Məşqlər zamanı tapşırıqlar demək olar ki, əvvəlki kimidi. Amma Fatih Kavlakın təyinatından sonra daha çox məşq etməyə başlamışıq.
 
- Artıq neçə oyundu komandanı kapitan kimi meydana çıxarırsız...
- Bu, mənim karyeramda ilk deyil. “MKT-Araz”da da kapitan idim. Hətta İmişli klubunu UEFA Kubokunun oyunlarına da mən çıxarmışdım. Baş məşqçi sağ olsun ki, sarğını mənə həvalə etdi. “Qəbələ”də əsas kapitan Mahir Şükürovdu. Onun yoxluğunda isə Lyubo Baranin. Amma məlum səbəblərdən hər ikisi son turlarda meydana çıxa bilmirlər.
 
- Qarşıdakı turda sizi “İnter”lə oyun gözləyir.
- Bu oyunda bizim üçün əlavə stimul olacaq. Rəqib uğurlu seriyaya malikdi və bu seriyaya son qoymağı çox istəyirik. “İnter” yaxşı sabit komandadı. Rəqibin kimliyində asılı olmayaraq, evdə oynadığımız görüşlərdə mütləq qələbə qazanmalıyıq.
 
- Heç-heçə istisnadı?
- Bizə üç xal lazımdı. Hər şeyin necə alınacağını isə oyun özü göstərəcək. “İnter” çempionatın liderlərindən olsa da, onları məğlub etməliyik. Heç-heçəbizim üçün o qədər də yaxşı nəticə sayılmayacaq.
 
- Hazırkı durumdan belə görünür ki, altılığa son vəsiqə uğrunda AZAL və siz mübarizə aparacaqsız...
- Hamı ötən mövsümü yaxşı xatırlayır. O vaxt biz son turda ilk altılığa düşmək şansını qaçırdıq. Bu dəfə isə hər şeyin son tura qalmasını istəmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.